/Xaricde-Tehsil

Bu repository, tələbələrə başlanğıc nöqtəsi vermək üçün müxtəlif təqaüdlər haqqında qısa məlumatlardan ibarətdir

Xaricdə Təhsil Üçün Təqaüdlər

Giriş

Bu fayl əsasən mühəndislik ixtisası üzrə xaricdə təhsil almaq istəyən tələbələrə kömək məqsədi ilə yaradılmışdır. Amma siz hər hansı spesifik ölkə üçün təqaüd axtarırsınızsa, https://www.studyineurope.eu/ saytından həmin ölkəyə uyğun təqaüd proqramlarına nəzər yetirə bilərsiniz. Əgər mənim gözümdən qaçan hər hansı təqaüd proqramı bilirsinizsə, o zaman töhfə verməkdən (contribute) çəkinməyin :)

Visegrad təqaüdü Mərkəzi Avropa ölkələri üçün nəzərdə tutulmuş nadir təqaüd proqramlarından biridir. Bu Avropa ölkələrinə Çexiya, Polşa, Macarıstan və Slovakiya daxildir. Təqaüd programı semestrlik 1500 avro universitet ödənişi üçün, 2300 avro isə tələbənin semestrlik xərcləri üçün ödənilir. Visegrad təqaüdü üçün müraciət adətən fevralın 1-dən martın 15-nə kimi davam edir.

DAAD Təqaüdü qazanılması çətin olan programlardan biridir və yalnız Almaniyadaki universitetlər üçün nəzərdə tutulmuşdur. Universitet seçərkən əsasan universitetin ödənişsiz olmasına fikir vermək lazımdır.

  • Estoniya Universitetlərindəki təqaüdlər

Estoniya Universitetləri qəbul zamanı yüksək nəticə ilə universitetə daxil olmuş tələbələr üçün tuition waiver verir. Bundan əlavə yaşam xərclərini ödəmək üçün aylıq təqaüdlər də var. Bunlar haqqında Tartu(https://www.ut.ee/en) və ya Tallin(https://www.tlu.ee/en) universitetlərinin rəsmi səhifələrində, oxumaq istədiyiniz proqramı tapdıqda məlumat əldə edə bilərsiniz.

Bu təqaüdlər Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə, digər dövlətlərin təhsil nazirlikləri arasında olan razılaşmaya əsasən keçirilir. Bu Təqaüd Programları bir çox ölkələr üçün mövcuddur.

  • Universitetlərin Təqaüd Proqramları

Xarici universitetlərin bir çoxunun daxili təqaüd proqramı var. Hər hansı universitetə müraciət etdiyiniz zaman bu faktı araşdırıb, eyni zaman hər iki təqaüd proqramına müraciət etməyiniz sizin xeyrinizə olacaqdır.

Visby təqaüd proqramı qazanılması çətin bir proqramdır. Əsas diqqət etməli olduğunuz məqam, bu təqaüd proqramının xüsusi listi var və siz öz ixtisas və universitetinizi bu siyahıdan seçməlisiniz.

Sonluq

Mənim şəxsi fikrimcə yaxşı bir universitetə və təqaüdə düşmək üçün əsas göstəricilər bunlardır: GPA, Motivation Letter, Work Experience or Internship, IELTS(Əgər sizin IELTS verilən tələbləri ödəyirsə yüksək olmasının önəmi yoxdur). Bundan əlavə olaraq, əgər həvəsiniz və vaxtınız varsa https://www.studyineurope.eu/ saytından bir bir fərqli avropa ölkələrindəki təqaüdlərə baxa bilərsiniz. Aşağıdaki saytlar isə ümumi olaraq təhsil və ya müxtəlif proqramlar üçün təqaüd tapmaqda sizə kömək ola bilər:

Əgər siz də bunlardan əlavə təqaüd proqramları və ya faydalı saytlar bilirsinizsə merge request atmaqdan çəkinməyin. Star etməyi unutmayın 😁