Hüquq çatbotu

Əmək məcəlləsi ilə bağlı suallar verə biləcəyiniz hüquq çatbotudur. Çatbotu buradan yoxlaya bilərsiniz.

Üstünlükləri:

  • Vektorlaşdırma modeli açıq mənbəlidir və heç bir bulud həllindən asılı deyil.
  • LangChain və LLaMAIndex kimi böyük kitabxanalardan istifadə olunmayıb. Bütün mərhələlər mümkün olduğu qədər təmiz Python ilə və ya Numpy və FAISS kimi daha fundamental kitabxanalar ilə yazılıb.

Boşluqlar:

  • Dil modeli kimi GPT-4o istifadə olunur. Bu layihədə istifadə olunan tək bulud həllidir. İstifadəsi üçün OpenAI API açarı lazımdır.
  • Eyni anda yalnız bir qanun üçün işləyir.
  • Çat tarixçəsi yoxudur. Hər sual ayrıca nəzərə alınır (tarixçə əlavə etmək asandır, keyfiyyətli şəkildə etmək isə çətin).
  • Mətni parçalara bölmək üçün daha dəqiq alqoritmlər istifadə etmək lazımdır.
  • İstifadəçi birbaşa dil modeli ilə ünsiyyət qurur. Arada idarəedici rolu oynayan element yoxdur.

Quraşdırma

git clone https://github.com/ceferisbarov/eqanun-rag-sample

cd eqanun-rag-sample

python3 -m venv env

source env/bin/activate

pip install -r requirements.txt

Aşağıdakı formada .env faylı yaradın:

OPENAI_API_KEY="your_openai_token"
HF_TOKEN="your_hf_token"
TOKENIZERS_PARALLELISM="true"
DOCUMENT_ID="46943"
DOCUMENT_NAME="Əmək Məcəlləsi"

DOCUMENT_ID istədiyiniz məcəllənin e-qanun vebsaytındakı id-si ilə eyni olmalıdır. Ad da eyni şəkildə. OpenAI və Hugging Face tokenlərini öz hesabınızda yaradıb bura əlavə etməyiniz lazımdır. HF_TOKEN eqanun datasetini yükləmək üçün, OPENAI_API_KEY isə GPT modellərindən istifadə etmək üçün lazımdır.

Növbəti işlər

  • Layihəni konteynerlərşdirmək.
  • Windows dəstəyi (baxın: birinci)

Qeydlər