/gomap-tiles

GoMap.az layihəsinə aid xəritəmizin "tile" faylları və Node.js serveri.

Loqo

Azərbaycan və yaxın ərazilərin xəritə "tile" faylları. [800 MB]

GoMap.az layihəsinə aid xəritəmizin "tile" faylları.

Loqo

Bu nədir?

Gördüyünüz qovluqlar və daxilindəki şəkillərin hərəsi Azərbaycan, Dağlıq Qarabağ, Naxçıvan və qismən Gürcüstan xəritələrinin bir hissələridir. Bu "tile" (xəritə hissələri) faylları (.PNG) ilə { X, Y, Z } kordinatlarına uyğun olaraq birləşdirilib tam xəritə əldə etmək mümkündür.

Xüsusiyyətlər

Yığılmış xəritə 9 ilə 14 yaxınlaşdırma məsafə vahidini dəstəkləyir və dəqiq olaraq 106,653 "tile" faylından ibarətdir.

Niyə belə bir şey etdin?

Son Qarabağ müharibəsi ərəfəsində, müharibəni canlı xəritədə göstərmək üçün hazırladığım https://haranialdiq.com veb saytımda digər xəritə həllərindən fərqli olaraq siyasi doğruluğuna görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nəzdində sifarişlə SİNAM Ltd. şirkətinin öhdəliyinə verilmiş GoMap.az xəritə platformasından istifadə edirdim. Digər xəritə provayderləri siyasi doğruluğun olmaması və Dağlıq Qarabağ ərazisindəki bölgələrin adlarını ermənicə qeyd etməsi mənfi cəhət daşıyırdı.

Ancaq təəsüf ki, GoMap.az provayderi günlük 20k istifadəçisi olan https://haranialdiq.com saytına və öz ziyarətçilərinə tab gətirməyərək çökməyə davam etdi. Bu barədə GoMap.az üçün SİNAM Ltd. şirkətinə bildirilən iradlar cavabsız qaldı. Azad edilmiş bölgələr Prezidentin Twitter hesabından elan edildiyi dəqiqələrdə GoMap.az çökməyə başlayırdı. Bu da mənim saytımın işlək olmamasına gətirib çıxarırdı.

Onu qeyd etmək istərdim ki, layihənin kommersiyal məqsəd güdmədiyini qeyd edərək ilk səfərdə GoMap.az-dan API üçün istifadədən icazə istədikdə SİNAM Ltd. şirkətinin nümayəndəsi Xəqani bəy tez vaxt da məni lazımi məlumatlarla təmin etdi. Ancaq təəsüf ki, daha sonra platformanın çökmə məsələsində danışıqlarımız baş tuta bilmədi, cavabsız qaldı.

Söhbət

İanə et

Bitcoin olaraq və ya bu səhifədən Paypal, card-to-card vasitələri ilə ianə edə bilərsini. ☺️ 🙌 BTC QR ianə