JavaScript Məsələlər

  1. Ədədi tərsinə çevirən JavaScript funksiyasını yazın. Misal x = 32243; Gözlənilən Nəticə: 34223
  2. Keçirilmiş sətirin palindrom olub-olmadığını yoxlayan JavaScript funksiyası yazın Palindrom irəli ilə eyni şəkildə geri oxunan söz, ifadə və ya ardıcıllıqdır, məsələn: amma, kələk, şabaş, qabaq
  3. Aldığı parametrin bütün kombinasiyalarını yaradan JavaScript funksiyasını yazın. Nümunə: ‘gül’ Gözlənilən Nəticə: g,gü,gül,ü,ül,l
  4. Aldığı string parametri əlifba sırası ilə hərflərlə geri qaytaran JavaScript funksiyasını yazın. Nümunə: ‘webmaster’ Gözlənilən Nəticə: ‘abeemrstw’
  5. Parametrdə cümlə qəbul edən və cümlənin hər sözünün ilk hərfini böyük hərflə çevirən JavaScript funksiyasını yazın. Nümunə: ‘coders azerbaijan nizamidə yerləşir’ Gözlənilən Nəticə: ‘Coders Azerbaijan Nizamidə Yerləşir’
  6. Elə bir JavaScript funksiyası yazın ki, parametrdə qəbul etdiyi cümlənin içərisindəki uzunluğu ən böyük olan sözü geri qaytarsın
  7. Elə bir JavaScript funksiyası yazın ki, parametrdə qəbul etdiyi cümlənin içərisindəki saitlərin sayını consola yazdırsın
  8. Elə bir Javascript funksiyası yazın ki, daxil edilən parametrin tipini qaytarsın
  9. Elə bir JavaScript funksiyası yazın ki, parametr olaraq içərisi ədədlərlə dolu bir array qəbul eləsin. Və bu ədədlərdən 2 ci ən böyük və 2ci ən kiçik ədədlərin hasilindən , onların ədədi ortasını çıxın
  10. Elə bir Java Script funskiyası yazın ki, parametr kimi qəbul etdiyi ədədin bütün sadə bölənlərini consola yazdırsın
  11. Elə bir funksiya yazın ki , bir array qəbul eləsin və sort funksiyasından istifadə etmədən arrayın içindəki ədədləri sıralanmış formada geri qaytarsın
  12. Java Script funksiyasını java script funksiyasına parametr kimi ötürərək bir funksiya yazın
  13. Parametrdə daxil edilmiş cümlədəki ən uzun palindromu qaytaran funskiya yazın
  14. Elə bir java script funskiyası yazın ki, parametrdə yazılmış sözdə ilk təkrarlanmayan hərfi qaytarsın
  15. Bir JS funksiyası yazın. Parametrdə bir cümlə və bir hərf qəbul etsin. Bu funksiya hərfin cümlədə neçə dəfə təkrarlaşdığını qaytarsın.
  16. Elə bir funskiya yazın ki, parametrdə qəbul elədiyi say uzunluğunda müxtəlif hərflər,simvollar və rəqəmlərdən ibarət random şifrə yaratsın. Hərflər böyük və kiçiyə həssas olsun Məs: passGenerate(20) Output: fH!^fao3&sd@32bBn#_2
  17. Bir arrayın içində başqa arraylar ola bilər, həmin arrayın içindədə başqa arraylar ola bilər.. Bu belə sonsuz gedə bilər. Məs: [[1,2,3,4],[3,4,5,[“a”,“c”,[4,5,false,undefined,[“soz”,“123",[“a”,“b”]]]]] Elə bir rekursiv funksiya yazın kimi bu arrayların içini gəzsin və bütün elementləri consola yazdırsın
  18. Elə bir funksiya yazın ki, parametrdə daxil etdiyimiz sözü yuxarıda yüklənmiş file-nin içindəki obyektin içində axtarsın və tapdığı zaman həmin obyektin özünü return etsin
  19. Bir arraydakı təkrarlanmayan elementləri qaytaran Java Script funksiyası yazın
  20. Elə bir rekursiv funksiyası yazın ki, 20 dəfə ekrana “Hello Coders” yazdırsın