/SQL-Queries-For-Practice

SQL-ə yeni başlayanlar üçün məsələlər və sorğu nümunələri

SQL-ə yeni başlayanlar üçün məsələlər və sorğu nümunələri

Nəticələr

ScreenShot

Məsələlər

  1. Email-i olmayan müştərilərin telefon nömrələrini göstərin.
  2. İstifadəçinin adını əgər varsa email-ni, yoxdursa telefon nömrəsini əlaqa vasitəsi kimi göstərin.
  3. 2-ci ən yüksək maaş alan işçinin adını qaytaracaq query yazın.
  4. Ən çox maaş alan 10 işçinin adını və soyadını qaytaracaq query yazın.
  5. Adının uzunluğu 5-dən böyük və ya soyadının uzunluğu 6-dan böyük olan və maaşı 1500-dən böyük olan işçilərin adını, soyadını və maaşını qaytaracaq query yazın.
  6. Manager_id-si null olmayan, Department_id 100 və ya 101 olan, job_id-si ad_press olmayan işçilərin adını və soyadını çıxarın. Sıralama maaşa görə olmalıdır.
  7. Commision_pct və ya manager_id-si null olan, maaşı 2000-3000 arasında olan işçilərin adını, soyadını və maaşını çıxarın.
  8. Maaşı 1500-3000 arasında olan işçilərin adını qaytaran query yazın. Sıralama soyad sütunun son 3 hərfinə əsasən olsun.
  9. Ad və soyad sütunlarını birləşdirərək tam ad şəklində qaytaran query yazın. Sıralama maaşa görə azalan sırada olsun və ilk 3 sətir çıxmaq şərti ilə növbəti 10 sətir qaytarılsın.
  10. hr.employees table-ından manager_id-si null olmayan hər bir job_id-nin ortalama maaşını və həmin id-də olan işçi sayını göstərin. İşçi sayı yalnız 2-dən çox olan job_id-lər göstərilsin.
  11. Hr.employees table-ındakı işçilərin illik əmək haqqını göstərin.
  12. Ad və soyad sütunlarını birləştirərək tam ad olaraq göstərin, lakin ad və soyad arasında boşluq olsun.
  13. Manager_id-si 100 olan işçilərin adını əmək haqqına görə azdan çoxa doğru sıralanmış şəkildə göstərin.
  14. Manager_id-si 100 və 200 olan işçilərin adını əmək haqqına görə azdan çoxa doğru sıralanmış şəkildə göstərin.
  15. Əmək haqqı 4000-dən çox olan işçilərin məlumatlarını əmək haqqına görə azdan çoxa sıralanmış şəkildə göstərin.
  16. Adı “E” ilə başlayan işçilərin məlumatlarını göstərin. Həm like ilə, həm də substr() ilə edin.
  17. Hər job-un mamsimum əmək haqqını göstərin.
  18. Ortalama əmək haqqı 6000-dən çox olan job id-sini göstərin.
  19. Hər departamentdəki ortalama əmək haqqlarını department_id-si 100 olanlar xaric göstərin və ən yüksək ortalamdan ən aşağı ortalamaya doğru sıralayın.
  20. Ən çox əmək haqqı alan 2-ci işçinin adını və soyadını göstərin.
  21. Hər department-də minimum maaş alan işçilərin adlarını göstərin.
  22. 100 nömrəli departamentdə çalışan hər işçidən daha çox əmək haqqı alan işçilərin adını göstərin.
  23. İşçiləri adına görə, adı eyni olanları isə əmək haqqına görə sıralayın.
  24. 40 nömrəli departamantdə çalışan işçilərin ortalama maaşından daha çox ortalama maaşı olan olan departamentləri göstərin.
  25. Hər işçinin adını, əmək haqqını və illik əmək haqqını illik kimi göstərin.
  26. Bütün işçilərin adını, soyadını və departament adını göstərin.
  27. hr.employees table-ında neçə fərqli job_id olduğunu göstərin